Peşəkar təmizlik
Biz bağ, həyət və yaşıllıq sahələrinin tam təmizlənməsi və səliqəyə salınması üzrə peşəkar xidmətlər təqdim edirik. Məqsədimiz ərazinizin hər zaman təmiz, baxımlı, sağlam və estetik görünüşdə olmasını təmin etməkdir.
Yarpaqların toplanması və çıxarılması: Mövsüm ərzində və xüsusilə payızda düşən yarpaqlar tam şəkildə toplanır, daşınır və ərazidən təmizlənir. Bu proses qazonun çürüməsinin qarşısını alır və torpağın nəfəs almasını təmin edir.
Bağın, ərazinin ümumi təmizlənməsi:
Bağ sahəsində olan bütün tullantılar, plastiklər, quru budaqlar, daş-çınqıl və digər lazımsız materiallar toplanır və sahə tam səliqəyə salınır. Ərazi ilkin və ya daha baxımlı vəziyyətinə gətirilir. Alaq otları və quru bitkilər kökündən təmizlənir. Bu, həm bitkilərin inkişafını yaxşılaşdırır, həm də bağın ümumi görünüşünü daha estetik edir. Ağac və kollardan düşən quru budaqlar, yararsız hissələr və bitki qalıqları yığılır və ərazidən uzaqlaşdırılır. Bağ daxilində olan yollar, daş döşəmələr və cığırlar tam təmizlənir, yarpaqlardan və zibildən azad edilir. Ərazi mövsümə uyğun şəkildə təmizlənir və hazırlanır – yaz, yay və payız baxım işləri həyata keçirilir.