Bağlara qulluq

Bağlara qulluq

Bağa düzgün qulluq bitkilərin sağlam böyüməsi və yüksək məhsuldarlıq üçün vacibdir. 
Bağ və yaşıllıq sahələrinin sağlam, səliqəli və baxımlı qalması üçün kompleks qulluq xidmətləri təqdim edirik. Məqsədimiz ərazinizin hər zaman təmiz, yaşıl və estetik görünməsini təmin etməkdir.

Bağlara qulluq xidmətimizə daxildir:
•Ağaclara qulluq və dərmanlanma - Ağacların xəstəlik və zərərvericilərdən qorunması üçün mütəmadi dərmanlama işləri aparılır, onların sağlam inkişafı təmin edilir.
• Gübrələmə - Bitkilərin daha güclü və sağlam böyüməsi üçün torpağa uyğun gübrələr verilir və münbitlik artırılır.
• Alaqların təmizlənməsi - Alaq otları müntəzəm olaraq təmizlənir, bitkilərin qida və suyu rahat şəkildə mənimsəməsi təmin edilir.
• Budama işləri - Ağac və kolların düzgün formalaşması və sağlam qalması üçün peşəkar budama həyata keçirilir.
• Qazon biçimi - Qazon sahələri müntəzəm biçilir, səliqəyə salınır və baxımlı, estetik görünüşdə saxlanılır.
• Ümumi qulluq, servis xidməti - Bağın ümumi vəziyyətinə nəzarət edilir, mövsümi qulluq işləri görülür və ərazinin hər zaman baxımlı qalması təmin olunur.

#baglaraqulluq #budama #otbicimi #alaqotlarintemizlenmesi #qazonbicimi

Digər xidmətlər